Konfrans Liqası: "Keşlə" yenə uduzub

Konfrans Liqası: "Keşlə" yenə uduzub
# 29 iyul 2021 21:49 (UTC +04:00)

“Keşlə” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Soçi” ilə qarşılaşıb.

Rusiyada rəqibinə 0:3 hesabı ilə uduzan paytaxt təmsilçisi yenə meydandan məğlub ayrılıb. Məhsuldar keçən görüşdə 6 qol vurulub.

“ASK Arena”dakı qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qalib gəlib. “Keşlə”nin heyətində Felipe Santos və Rəhman Hacıyev rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Keşlə” ilk dəfə keçirilən turnirə II təsnifat mərhələsindən başlamışdı.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
29 iyul
20:00. “Keşlə” (Azərbaycan) – “Soçi” (Rusiya) - 2:4
Qollar:
Felipe Santos, 35, Rəhman Hacıyev, 52 - Marko Duqanjiç, 21, 83, Nikita Burmistrov, 38, Timofei Marqasov, 70
Baş hakim: Viktor Şimusik (Belarus)
“Keşlə”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 77. Merab Giqauri, 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 72. Aldair Neto, 4. Şəhriyar Əliyev, 17. Omar Qoudiabi
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev, 5. Kərim Diniyev, 8. Tural Axundov, 18. Ruslan Əmircanov, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev, 99. Rafael Məhərrəmli, 29. Amil Yunanov, 14. Turan Vəlizadə,
Baş məşqçi: Sənan Qurbanov
“Soçi”: 12. Nikolai Zabolotni, 34. Timofei Marqasov, 87. Danila Prokhin, 5. Rodriqao, 4. Mateo Barac, 18. Nikita Burmistrov, 15. İbrahim Tsallaqov (k), 9. Marko Duqanjiç, 13. Sergey Terexov, 7. Dmitri Vorobyev, 20. İqor Yurqanov
Ehtiyat oyunçular: 1. Denis Adamov, 10. Maksim Barsov, 17. Maksim Kolmakov, 24. Emanuel Mammana, 27. Kirill Zaika, 4. Mateo Baraç
Baş məşqçi: Vladimir Fedotov
Bakı. “ASK Arena”
İlk oyun – 0:3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR