Konfrans Liqası: "Qarabağ" "Aberdin"lə qarşılaşacaq

Konfrans Liqası: "Qarabağ" "Aberdin"lə qarşılaşacaq
# 19 avqust 2021 00:14 (UTC +04:00)

“Aberdin”lə ilk sınaq - “Qarabağ”ın

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasında mübarizə aparan Ağdam klubu pley-offun ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Şotlandiya təmsilçisi “Aberdin”lə görüşəcək. Qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Cari mövsümdə məğlub olmayan ağdamlılar uğurlu seriyanı böyük britaniyalılarla dueldə də davam etdirməyə köklənib. Ardıcıl 7 dəfə avrokubokların qrupuna düşən “Qarabağ” seriyanın davamı üçün ilk matçda uğurlu nəticə qazanmalıdır.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Konfrans Liqası
Pley-off, ilk oyun
19 avqust
20:00. “Qarabağ” – “Aberdin” (Şotlandiya)
Baş hakim:
Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR