Konfrans Liqası: “Qarabağ” Bakıda AEL-lə üz-üzə gələcək

Konfrans Liqası: “Qarabağ” Bakıda AEL-lə üz-üzə gələcək
# 12 avqust 2021 01:13 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu keçirəcək.

Qurban Qurbanovun yetirmələri pley-offa çıxmaq üçün Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək. Səfərdə qollu heç-heçəyə imza atan təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda məğlub etməlidir.

Ardıcıl 8 dəfə avrokubokların pley-offunda iştirak edən “Qarabağ” doğma azarkeşlər önündə keçiriləcək qarşılaşmanın favoritidir. Cari mövsümdə uduzmayan Ağdam təmsilçisi bu görüşdə də uğurlu seriyasını davam etdirmək üçün meydana çıxacaq.

Qeyd edək ki, “Qarabağ” mərhələ adlasa, pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr)
Baş hakim:
Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR