Konfrans Liqası: "Qarabağ" səfərdə "Bazel"lə qarşılaşacaq

Konfrans Liqası: "Qarabağ" səfərdə "Bazel"lə qarşılaşacaq
# 09 dekabr 2021 00:35 (UTC +04:00)

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda son matçına çıxacaq.

H qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri İsveçrədə “Bazel”in qonağı olacaq. İlk iki yerdən birini təmin edən Ağdam klubu qrup qalibi olmaq üçün mübarizə aparacaq.

Bunun üçün “Qarabağ” mütləq qalib gəlməlidir. Bu, komandamızı birbaşa 1/8 finala daşıyacaq. Xal itkisi ağdamlıları qrup ikincisi edəcək. Əgər Qurbanovun komandası qalib gələ bilməsə, mübarizəni pley-offda davam etdirəcək.

Qeyd edək ki, Bazeldəki “Sent Yakobs Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Konfrans Liqası
Qrup mərhələsi, VI tur
H qrupu, 9 dekabr
00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Fran Yoviç (Xorvatiya)
Bazel. “Sent Yakobs Park”

1

Bazel

5

3

2

0

11-6

11

2

Qarabağ

5

3

2

0

10-5

11

3

Omoniya

5

0

3

2

5-10

3

4

Kayrat

5

0

1

4

6-11

1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR