Konfrans Liqası: "Qarabağ"ın qrup mərhələsindəki rəqibləri bəlli olub

Konfrans Liqası: "Qarabağ"ın qrup mərhələsindəki rəqibləri bəlli olub
# 27 avqust 2021 16:00 (UTC +04:00)

Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbirdə “Qarabağ”ın avrokuboklardakı növbəti qəribləri bəlli olub.

Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi H qrupunda mübarizə aparacaq. Qurban Qurbanovun yetirmələri “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə görüşəcək.

Ümumilikdə, ilk dəfə təşkil olunan turnirdə mübarizə aparan 32 komanda 8 qrupa bölünüb. Avropanın 3-cü dərəcəli klub turnirində qrup mərhələsi sentyabrın 16-da başlayacaq.

A qrupu
LASK (Avstriya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Alaşkert” (Ermənistan)
HİK (Finlandiya)

B qrupu
“Gent” (Belçika)
“Partizan” (Serbiya)
“Flora” (Estoniya)
“Anortosis” (Kipr)

C qrupu
“Roma” (İtaliya)
“Zarya” (Ukrayna)
MOİK (Bolqarıstan)
“Bodo Qlimt” (Norveç)

D qrupu
“Alkmaar” (Niderland)
ÇFR (Rumıniya)
“Yablonets” (Çexiya)
“Randers” (Danimarka)

E qrupu
“Slaviya” (Çexiya)
“Feyenord” (Niderland)
“Union” (Almaniya)
“Makkabi” (Hayfa, İsrail)

F qrupu
“Kopenhagen” (Danimarka)
PAOK (Yunanıstan)
“Slovan” (Slovakiya)
“Linkoln” (Cəbəllütariq)

G qrupu
“Tottenhem” (İngiltərə)
“Renn” (Fransa)
“Vitess” (Niderland)
“Mura” (Sloveniya)

H qrupu
“Bazel” (İsveçrə)
“Qarabağ” (Azərbaycan)
“Kayrat” (Qazaxıstan)
“Omoniya” (Kipr)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR