Konfrans Liqasında “Qarabağ” və 4 klub pley-offu təmin edib, Ermənistan klubu dayanacaq

Konfrans Liqasında “Qarabağ” və 4 klub pley-offu təmin edib, Ermənistan klubu dayanacaq
# 05 noyabr 2021 09:57 (UTC +04:00)

Konfrans Liqasında pley-offa vəsiqəni təmin edən ilk komandaların adlarına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV tur matçlarından sonra 5 klubun mübarizəni davam etdirəcəyi dəqiqləşib.

Xoşbəxt komandalar arasında Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” da var. İlk 4 turda 10 xal toplayan Ağdam təmsilçisi qrupu ilk iki sırada bitirəcək. “Qarabağ”la yanaşı, A qrupunda “Makkabi” (Təl-Əviv, İsrail), LASK (Avstriya), B qrupunda “Gent” (Belçika) və komandamızın yer aldığı H qrupunda “Bazel”in (İsveçrə) də pley-offda mübarizə aparacağı dəqiqləşib.

A qrupunda HİK (Finlandiya), “Alaşkert” (Ermənistan), C qrupunda MOİK (Sofiya, Bolqarıstan), F qrupunda “Linkoln” (Cəbəllütariq), G qrupunda “Mura” (Sloveniya), H qrupunda isə “Omoniya” (Kipr) və “Kayrat” (Qazaxıstan) növbəti mərhələ şansını itirib. Adıçəkilən 7 komanda qarşıdakı iki turdan sonra avrokuboklarla vidalaşacaq.

Qeyd edək ki, “Qarabağ” qrupda son iki oyununu “Omoniya” (25 noyabr) və “Bazel”ə (10 dekabr) qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR