Konfrans Liqasında “Sumqayıt”ın oyununun vaxtı dəyişdirilib

Konfrans Liqasında “Sumqayıt”ın oyununun vaxtı dəyişdirilib
# 18 iyun 2021 15:51 (UTC +04:00)

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində “Çukariçki” ilə oyununun vaxtı dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Serbiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qarşılaşmanın qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, iyulun 22-də yox, 21-də baş tutacaq. Buna səbəb “Partizan”la “Çukariçki”nin ev oyunlarını eyni şəhərdə keçirməsidir. UEFA-nın qaydalarına görə isə eyni gündə bir şəhərdə iki oyun keçirilə bilməz.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 29-da Sumqayıtda olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR