Kriştiano Ronaldo dünya rekordçusu olub

Kriştiano Ronaldo dünya rekordçusu olub
# 02 sentyabr 2021 00:38 (UTC +04:00)

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı futbolçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.

O, bunu DÇ-2022-nin İrlandiya ilə bugünkü matçında rəsmiləşdirib. Hazırda davam edən qarşılaşmadakı qol Ronaldonun Portuqaliya millisində 110-cu topu olub.

Kriştiano bununla da İran yığmasının əfsanəsi Əli Daeini arxada qoyub. Asiyalı bombardir millidə 109 dəfə fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR