Kriştiano Ronaldo "Mançester Yunayted"ə keçib - VİDEO

Kriştiano Ronaldo "Mançester Yunayted"ə keçib - VİDEO
# 27 avqust 2021 20:13 (UTC +04:00)

Kriştiano Ronaldonun “Yuventus”dan “Mançester Yuanayted”ə keçidi ilə bağlı razılıq əldə olunub.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun rəsmi səhifəsi açıqlayıb.

Bildirilib ki, Premyer Liqa təmsilçisi Ronaldonun transferi ilə bağlı İtaliya “Yuventus”u ilə razılıq əldə edib. Futbolçunun özü ilə də müqavilənin detalları razılaşdılırıb. Kriştiano tibbi müayinədən keçdikdən sonra “Mançester Yunayted”in futbolçusu olacaq.

Bu transfer 25 milyon avroya başa gəlib. 2003-09-cu illərdə də “Mançester Yunayted”də oynamış portuqaliyalı hücumçu 12 ildən sonra əvvəlki klubuna qayıdıb.

Qeyd edək ki, Ronaldo mançesterlilərlə üç dəfə İngiltərə çempionu, iki dəfə Liqa kubokunun, bir dəfə ölkə kubokunun, 2008-ci ildə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR