La Liqa klubları 43 transferi sifariş edə bilmir

La Liqa klubları 43 transferi sifariş edə bilmir
# 12 avqust 2021 15:33 (UTC +04:00)

Sabah İspaniya La Liqasında 2021/22 mövsümü start götürsə də, klublar yeni transferlərlə bağlı problem yaşayırlar.

Apasport.az saytının məlumatına görə, elita təmsilçiləri heyətə yay fasiləsində cəlb edilən oyunçuları sifariş edə bilmir.

Buna səbəb La Liqada tətbiq edilən yeni maliyyə qaydasıdır. Konkret olaraq 15 klub 43 transferini qeydiyyata sala bilmir. Onlar arasında “Barselona”nın anlaşdığı Memfis Depay, Erik Qarsiya, Serxio Aquero və “Sevilya”ya keçən Erik Lamela da var. “Alaves” isə 7 yeni transferini açıqlaya bilmir.

Qeyd edək ki, La Liqada mövsümə sabah keçiriləcək “Valensiya” – “Xetafe” matçı ilə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR