Lev Yaşın mükafatının sahibi müəyyənləşib

Lev Yaşın mükafatının sahibi müəyyənləşib
# 30 noyabr 2021 00:32 (UTC +04:00)

2021-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “France Football”un təsis etdiyi Lev Yaşin mükafatının qalibi bəlli olub.

“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ən yaxşı qapıçı adına PSJ-nin və İtaliya millisinin qolkiperi Canluici Donnarumma layiq görülüb.

Digər namizədlər Keylor Navas (PSJ), Emiliano Martines (“Aston Villa”), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”), Samir Handanoviç (“İnter”), Ederson (“Mançester Siti”), Kasper Şmeyxel (“Lester”), Eduard Mendi (“Çelsi”) və Tibo Kurtua (“Real”) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR