Lionel Messi Parisə yollanıb

Lionel Messi Parisə yollanıb
# 09 avqust 2021 15:58 (UTC +04:00)

“Barselona”dan yenicə ayrılan Lionel Messi Parisə yollanıb.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduzu aparan təyyarə bir qədər əvvəl hava limanına enib.

34 yaşlı futbolçunun qısa müddətdə tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. Fransızlar bu transferi Eyfel qülləsindən açıqlayacaq. Messinin PSJ ilə 3 illik sözləşməyə qol çəkəcəyi və illik məvacibinin 40 milyon avro təşkil edəcəyi bildirilir. Klub azarkeşləri onu qarşılamaq üçün artıq bazanın ətrafına toplaşıb.

Qeyd edək ki, Messi azad agent statusu daşıdığından, keçidi PSJ-yə havayı başa gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR