Lionel Messinin PSJ-yə keçidi rəsmiləşib - VİDEO - YENİLƏNİB

Lionel Messi

© APA | Lionel Messi

# 11 avqust 2021 00:22 (UTC +04:00)

Lionel Messinin PSJ-yə transferi rəsmiləşib.

Apasport.az xəbər verir ki, Fransa təmsilçisi bunu rəsmi saytı vasitəsilə bəyan edib.

“Barselona”dan yenicə ayrılan Argentina millisinin kapitanı bu gün Parisə yollanıb və yeni komandası ilə 2+1 illik sazişə qol çəkib. 34 yaşlı oyunçunun Paris klubunda illik məvacibinin 35 milyon avro olacağı vurğulanıb. Leo PSJ-də 30 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Messi “Barselona” ilə müqavilə müddəti başa çatdığı üçün PSJ-yə azad agent kimi keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR