“Liverpul” hücumçusunu 7,5 milyona satıb

“Liverpul” hücumçusunu 7,5 milyona satıb
# 21 iyul 2021 12:17 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubu daha bir futbolçusu satıb.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Mersisaydlıların hücumçusu Tayvo Avoniyi karyerasını Almaniyada davam etdirəcək. O, “Union” klubuna keçib.

Berlin təmsilçisi 23 yaşlı nigeriyalı üçün 7,5 milyon avro ödəyib. Avoniyi ötən mövsümü icarə əsasında bu klubda keçirib.

Qeyd edək ki, futbolçu əvvəllər “Mayns”, “Neymegen”, “Muskron” və “Gent”də də icarədə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR