“Liverpul” ilk transferini reallaşdırıb

“Liverpul” ilk transferini reallaşdırıb
# 27 may 2021 11:02 (UTC +04:00)

“Liverpul” mövsümlərarası fasilənin ilk transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, “qırmızılar” müdafiə xəttindəki problemi yoluna qoyub.

Premyer Liqa təmsilçisi “Leypsiq”in oyunçusu İbrahima Konate ilə hərtərəfli razılığa gəlib. Fransalı mərkəz müdafiəçisi yeni komandası ilə 5 illik müqavilə bağlayacaq. Transferin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, İbrahima Konate “Leypsiq”ə 2017-ci ildə “Soşo”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR