“Liverpul” Sadio Maneyə yeni müqavilə təklif edib

“Liverpul” Sadio Maneyə yeni müqavilə təklif edib
# 13 sentyabr 2021 16:00 (UTC +04:00)


İngiltərənin “Liverpul” klubu futbolçusu Sadio Mane ilə yeni müqavilə imzalamağa yaxındır.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi seneqallı hücumçunu saxlamağa qərar verib.

Manenin indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq. Mersisaydlılar afrikalı forvardla müqaviləni daha iki il uzatmaq niyyətindədir. “Liverpul”un futbolçuya təklif etdiyi şərtlər açıqlanmır. Sadio da komandada qalmağın əleyhinə deyil.

Qeyd edək ki, Mane Premyer Liqada 97 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR