“Liverpul” və “Ayaks” Çempionlar Liqasında ilkə imza atıb

“Liverpul” və “Ayaks” Çempionlar Liqasında ilkə imza atıb
# 08 dekabr 2021 09:19 (UTC +04:00)

Çempionlar Liqasının qrup mərhələsində iki komanda bütün oyunlarda qalib gəlib.

Apasport.az saytının məlumatına görə, İngiltərə “Liverpul”u və Niderland “Ayaks”ı 6 matçın hamısında qələbə qazanıb.

Hər iki komanda həm özünün, həm də ölkəsinin tarixində ilkə imza atıb. Bunadək nə İngiltərə, nə Niderland klubu qrupda 18 xal toplayıb.

Cari mövsümədək belə hadisəyə 7 dəfə təsadüf olunub. Bir mövsümdə iki komandanın uğur qazanması isə ilk dəfə qeydə alınır. Əvvəlki illərdə “Milan” 1992/93, PSJ 1994/95, “Spartak” 1995/96, “Barselona” 2002/03, “Real” 2011/12 və 2014/15, “Bavariya” 2019/20 mövsümündə qrupda xal itirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR