Mahir Emreli: “Bunu bacardım”

Mahir Emreli: “Bunu bacardım”
# 07 iyul 2021 23:25 (UTC +04:00)

“Çox məmnunam. Mən yoxlama oyunlarında qollar vurmuşdum. Amma rəsmi oyunlarda tam fərqli hiss yaşayıram”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli deyib.

Hücumçu yeni klubunda debütünü Çempionlar Liqasında gerçəkləşdirib. O, “Bodo Qlimt”lə Norveçdəki görüşdə dublla 3:2 hesablı qələbəyə töhfə verib: “Şadam ki, bunu bacardım. İndi biz bu oyunu unutmalıyıq və öz stadionumuzdakı cavab görüşünə hazır olmalıyıq. Ümid edirəm ki, Varşavada daha yaxşı oyun göstərəcəyik”.

Emreli “Legiya”nın saytına açıqlamasında matçın rəqibin üstünlüyü ilə keçməsinin səbəbini də açıqlayıb: “Oyunun nəticəsinin ədalətli olub-olmadığını demək çətindir. Hər iki komandanın imkanları oldu. Rəqib doğma meydana daha yaxşı bələd idi. Bəlkə də ona görə topa daha çox nəzarət edirdi. Cavab oyununda ab-hava və şərtlər tam fərqli olacaq. Bu, ağır oyun olacaq. Biz daha hazırlıqlı olmalı və var gücümüzlə çalışmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR