Mahir Emreli Çexiyada qol vurub

Mahir Emreli Çexiyada qol vurub
# 19 avqust 2021 22:57 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Avropa Liqasının pley-offunda iştirak edib.

Təmsilçimiz Çexiyada Praqa “Slaviya”sı ilə ilk matça start heyətində çıxıb. Məhsuldar keçən görüşdə hesabı Emreli açıb.

O, 20-ci dəqiqədə rəqib qapısına yol tapıb. Mahirin 90 dəqiqə meydanda olduğu qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, pley-offun cavab oyunları avqustun 26-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR