Mahir Emreli dubl edərək “Legiya”nı Avropa Liqasında saxlayıb

Mahir Emreli dubl edərək “Legiya”nı Avropa Liqasında saxlayıb
# 27 avqust 2021 00:52 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsinin cavab matçının iştirakçısı olub.

O, Çexiya “Slaviya”sı ilə ev qarşılaşmasına start heyətində başlayıb. Səfərdəki oyunda (2:2) komandasının ilk qoluna imza atan Mahir bu dəfə də fərqlənib.

Hesabi ilk yarının sonlarında Çexiya təmsilçisi açıb. Hücumçumuz 59-cu dəqiqədə hesabda tarazlıq yaradıb. 11 dəqiqə sonra Emreli dublunu rəsmiləşdirərək komandasını hesabda önə çıxarıb. O, görüşün 80-ci dəqiqəsində əvəzlənib.

Bu qələbə “Legiya”nı Avropa Liqasının qrup mərhələsinə daşıyıb. “Slaviya” isə Konfrans Liqasının qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkü sabah atılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR