Maksim Medvedev: “Tilsimi qırmaq istəyirik”

Maksim Medvedev: “Tilsimi qırmaq istəyirik”
# 15 sentyabr 2021 17:19 (UTC +04:00)


“Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev Konfrans Liqasının qrup mərhələsinin I turunda “Bazel”lə keçiriləcək oyun barədə danışarkən deyib.

32 yaşlı müdafiəçi sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransına qatılıb. Medvedev qələbə ilə başlamaq istədiklərini söyləyib: “Ab-hava yaxşı vəziyyətdədir. Səbrsizliklə bu qarşılaşmanı gözləyirəm. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, uğurlu nəticə qazanacağıq. Rəqibi təhlil etmişik. Hələ də analiz üçün vaxtımız var”.

Medvedev görüşün Bakı Olimpiya Stadionuna (BOS) salınmasına da münasibət bildirib: “Biz mərkəzi arenada oynamağı öyrəşmişik. Ora bizim üçün uğurlu stadiondur. BOS-da isə oyunumuz alınmır və yaxşı nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR