“Mançester Yunayted” “Arsenal”la oyuna yeni baş məşqçi ilə çıxmayacaq

“Mançester Yunayted” “Arsenal”la oyuna yeni baş məşqçi ilə çıxmayacaq
# 30 noyabr 2021 12:10 (UTC +04:00)

“Mançester Yunayted”in yeni baş məşqçisi Ralf Ranqnik Premyer Liqanın XIV turunda komandaya rəhbərlik etməyəcək.

Apasport.az saytının məlumatına görə, mançesterliləri “Arsenal”la matça da Maykl Karrik çıxaracaq.

Artıq bu barədə komandanın futbolçularına və məşqçi heyətinə də məlumat verilib. Buna səbəb almaniyalının işçi vizası ilə bağlı yubanma və koronavirusla bağlı Böyük Britaniyaya gələn əcnəbilərə qoyulan yeni məhdudiyyətlərdir.

Karrik komandanı artıq iki matça çıxarıb. O, “Vilyarreal” (2:0) və “Çelsi” ilə görüşlərdə “Mançester Yunayted”in sükanı arxasında olub. Ranqnikin həftəsonu baş tutacaq “Kristal Pelas”la XV turun qarşılaşmasında iş başında olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR