“Mançester Yunayted” evdə “Mançester Siti”yə uduzub

“Mançester Yunayted” evdə “Mançester Siti”yə uduzub
# 06 noyabr 2021 18:24 (UTC +04:00)

İngiltərə Premyer Liqasının XI turunun mərkəzi oyununda Mançester derbisi baş tutub.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” öz meydanında “Mançester Siti”ni qəbul edib.

“Old Trafford”dakı qarşılaşma erkən avtoqolla başlayıb. Erik Bayi 7-ci dəqiqədə meydan sahiblərini məyus edib. İlk yarının son dəqiqələrində Bernardu Silva qonaqların üstünlüyünü iki topa çatdırıb.

Bu qələbədə sonra xal hesabını 23-ə yüksəldən Pep Qvardiolanın yetirmələri 2-ci pillədə qərarlaşıb. “Şəhərlilər” “Çelsi”dən bir oyun çox keçirib və 2 xal geri qalır. 5-ci olan Ole-Qunnar Sulşerin komandası isə həmşəhərlilərindən 6 xal az toplayıb.

Qeyd edək ki, “Mançester Yunayted” ardıcıl 14-cü ev oyununda qol buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR