“Mançester Yunayted” öz meydanında “Liverpul”a 0:5 hesabı ilə uduzub

“Mançester Yunayted” öz meydanında “Liverpul”a 0:5 hesabı ilə uduzub
# 24 oktyabr 2021 21:23 (UTC +04:00)

İngiltərə Premyer Liqasında IX tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun qapanış matçında əzəli rəqiblər “Mançester Yunayted”lə “Liverpul” üz-üzə gəlib.

“Old Trafford”da baş tutan matçda qol yağışı olub. Məhəmməd Salahın şou göstərdiyi matçda “Liverpul” rəqibini darmadağın edib. Misirli hücumçu 38, 45+5 və 50-ci dəqiqədə fərqlənərək het-trikə imza atıb. “Qırmızılar”ın heyətində digər qolların müəllifi Nabi Keyta (5) və Dioqo Jota (13) olub.

Pol Poqbanın 60-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu görüşdə “mankunianlar” 0:5 hesablı tarixi məğlubiyyət acısı yaşayıb.

Bu nəticədən sonra “Liverpul” 21 xalla ikinci pillədə qərarlaşırsa, 14 xalda qalan “Mançester Yunayted” 7-ci yerə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR