“Mançester Yunayted” Sulşerlə bağlı qərarını verib

“Mançester Yunayted” Sulşerlə bağlı qərarını verib
# 18 noyabr 2021 16:47 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi baş məşqçi Ole-Qunnar Sulşerlə bağlı qərar verib.

Apasport.az saytım məlumatına görə, Premyer Liqa klubu norveçli mütəxəssisi istefaya göndərmək qərarına gəlib.

Lakin bununla bağlı addım layiqli əvəzləyici tapıldıqdan sonra atılacaq. Bir müddət əvvələdək Sulşeri postunda saxlamaqda israrlı olan mançesterlilər mövsümün gedişində dəyişiklik zərurətinin yaranacağını düşünür. Bu üzdən də İngiltərə nəhəngi yeni çalışdırıcı axtarışına çıxıb.

Qeyd edək ki, Premyer Liqanın 11 turundan sonra “Mançester Yunayted” 6-cı sırada qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR