“Mançester Yunayted”in müdafiəçisi “Roma” ilə anlaşıb

“Mançester Yunayted”in müdafiəçisi “Roma” ilə anlaşıb
# 19 noyabr 2021 17:01 (UTC +04:00)

“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot yenidən İtaliyada çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı sağ cinah oyunçusu “Roma”nın formasını geyinməyə hazırlaşır.

Portuqaliya millisinin üzvü A seriyası təmsilçisi ilə şifahi razılığa gəlib. Onun müqaviləsi artıq hazırdır. Dalot sonradan transfer etmək şərti ilə onu mövsümün sonuna qədər icarəyə götürəcək.

Qeyd edək ki, Dioqo Dalot ötən mövsümü icarə əsasında “Milan”da keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR