İspaniyanın “Barselona” klubu ilə yolları ayrılan Lionel Messi bu gün mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, argentinalı ulduz göz yaşları içərisində “Barselona” ilə vidalaşıb.
Lionel Messi mətbuat konfransında gələcək karyerası, Parisin PSJ klubuna keçidinin mümkünlüyü barədə sualı da cavablandırıb. O, PSJ-yə keçidinin mümkün variantlardan biri olduğunu, ancaq hələ rəsmi olaraq müqavilə imzalanmadığını, danışıqlar aparıldığını bildirib. Eyni zamanda “Barselona”nın bəyanatından sonra ona digər klublardan da çoxlu zənglər olduğunu açıqlayıb.
O, nə zamansa yenidən “Barselona”ya qayıda biləcəyinə ümid etdiyini də söyləyib.
Messi “Barselona” ilə vidalaşarkən ağlayıb - VİDEO

© APA | Lionel Messi, argentinalı futbolçu
© APA | Messi “Barselona” ilə vidalaşarkən ağlayıb
Futbol

"Qarabağ" Bakıdakı xeyriyyə oyununda "Qalatasaray"a məğlub olub - YENİLƏNİB

Cahit Bağcı "Qalatasaray"ın "Qarabağ"la oyununu izləmək üçün stadiona gedib - FOTO
"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - FOTO - VİDEO
