Messi “Barselona”  ilə vidalaşarkən ağlayıb - VİDEO

Lionel Messi, argentinalı futbolçu

© APA | Lionel Messi, argentinalı futbolçu

# 08 avqust 2021 15:51 (UTC +04:00)

İspaniyanın “Barselona” klubu ilə yolları ayrılan Lionel Messi bu gün mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, argentinalı ulduz göz yaşları içərisində “Barselona” ilə vidalaşıb.
Lionel Messi mətbuat konfransında gələcək karyerası, Parisin PSJ klubuna keçidinin mümkünlüyü barədə sualı da cavablandırıb. O, PSJ-yə keçidinin mümkün variantlardan biri olduğunu, ancaq hələ rəsmi olaraq müqavilə imzalanmadığını, danışıqlar aparıldığını bildirib. Eyni zamanda “Barselona”nın bəyanatından sonra ona digər klublardan da çoxlu zənglər olduğunu açıqlayıb.
O, nə zamansa yenidən “Barselona”ya qayıda biləcəyinə ümid etdiyini də söyləyib.

© APA | Messi “Barselona”  ilə vidalaşarkən ağlayıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR