“Milan” 18 yaşlı hücumçu alır

Alberto Moleyro

© APA | Alberto Moleyro

# 04 noyabr 2021 14:32 (UTC +04:00)

İtaliyanın “Milan” klubu heyətini ispaniyalı hücumçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi “Las-Palmas”ın forvardı Alberto Moleyronun xidmətində maraqlıdır.

Milanlılar 18 yaşlı futbolçunun böyük perspektiv vəd etdiyinə inanır. Bu üzdən də “rossonyeri” gənc istedad üçün 2,5 milyon avro ödəməyə hazırdır. Moleyronun İspaniya klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, hücumçunu İspaniyanın aparıcı klubları istəsə də, “Las-Palmas” Moleyronu satmağa razı olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR