“Milan” portuqaliyalı müdafiəçini geri qaytarır

“Milan” portuqaliyalı müdafiəçini geri qaytarır
# 28 iyun 2021 11:47 (UTC +04:00)

Portuqaliya millisinin futbolçusu Dioqo Dalot karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Milan” İngiltərənin “Mançester Yunayted” klubuna məxsus müdafiəçini icarəyə götürməyi planlaşdırır.

Ötən mövsümü də “rossonyeri”nin sıralarında icarədə keçirən futbolçunun anlaşmasına sonradan transfer olunmaq şərti də daxil ediləcək. Dalot özü də Milanın eyniadlı təmsilçisinə qayıtmaq istəyindədir.

Qeyd edək ki, Dioqo “Milan”da 21 oyunda 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR