MOİK-lə “Zenit” oyunundan sonra 408 azarkeş saxlanılıb

MOİK-lə “Zenit” oyunundan sonra 408 azarkeş saxlanılıb
# 29 noyabr 2021 12:36 (UTC +04:00)

Rusiya Premyer Liqasının XVI turunda MOİK-lə “Zenit” arasında keçirilən oyundan sonra qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, yerli azarkeşlərin davranışı ciddi problemə yol açıb.

Fanatlar matçın sonlarında tribunalarda qarışıqlıq yaradıb və pirotexniki vasitələrdən istifadə edib. Yerindəcə əməliyyat aparan yerli polis qarşılaşmadan dərhal sonra düz 408 azarkeşi saxlayaraq, bölmələrə aparıb. Hüquq-mühafizə orqanları onları A podiumundan bayıra buraxmayıb və bir-bir saxlamağa başlayıb.

Daxili İşlər Nazirliyi qeyd edib ki, həbslər müxtəlif hüquqpozmalara görə olub. Fanatlar qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunma məsələsinin araşdırılması üçün bölmələrə aparılıb.

Qeyd edək ki, MOİK – “Zenit” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR