“Neftçi” – “Dinamo” oyununu moldovalı hakimlər idarə edəcək

“Neftçi” – “Dinamo” oyununu moldovalı hakimlər idarə edəcək
# 05 iyul 2021 09:19 (UTC +04:00)

Çempionlar Liqasının “Neftçi” – “Dinamo” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək.

İyulun 14-dəki görüşün baş hakimi Dumitri Muntean olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan çempionlarının qarşılaşması “Bakcell Arena”da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR