“Neftçi” “Fənərbaxça”nın hücumçusunu istəyir

“Neftçi” “Fənərbaxça”nın hücumçusunu istəyir
# 18 noyabr 2021 10:36 (UTC +04:00)

“Neftçi” Türkiyədən icarə əsasında gənc futbolçu gətirmək layihəsini davam etdirmək niyyətindədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Mert Çelikin performansından məmnun qalan “ağ-qaralar” qardaş ölkədən daha bir oyunçuya elçi düşüb.

Paytaxt təmsilçisi bu dəfə “Fənərbaxça”nın hücumçusu Serhat Ahmetoğlu ilə maraqlanır. “Sarı-lacivərdlilər”in yetirməsi olan 19 yaşlı forvard hazırda icarə əsasında Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ün formasını geyinir.

Yay fasiləsində “Fatih Karagümrük”ə birillik icarəyə verilən Serhat cari mövsüm Super Liqanın cəmi 3 matçında meydana çıxıb. Bu isə futbolçusunu oyun praktikası toplaması üçün İstanbulun digər komandasına göndərən “Fənərbaxça” rəhbərliyini narahat edir. “Neftçi” Türkiyənin U-15 və U-18 yığmalarında oynamış Ahmetoğlunu icarəyə götürməyi nəzərdən keçirir.

Qeyd edək ki, “Neftçi” ötən il Mert Çeliki “Başakşəhər”dən icarəyə götürüb. İcarə müddəti mövsümün sonuna qədər olan 21 yaşlı müdafiəçi artıq Azərbaycan millisinə çağırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR