“Neftçi" II Fəxri Xiyabanı ziyarət edib

“Neftçi" II Fəxri Xiyabanı ziyarət edib
# 20 may 2021 00:56 (UTC +04:00)

Azərbaycan çempionu olan “Neftçi” II Fəxri Xiyabanı ziyarət edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın son turunun “Qarabağ”la oyununda 1:0 hesabı ilə qələbə qazanan paytaxt təmsilçisi matçdan dərhal sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini yad etmək üçün bu addımı atıb.

Klub prezidenti Kamran Quliyev, baş məşqçi Samir Abasov, klub əməkdaşları və futbolçular tam heyətlə II Fəxri Xiyabana yollanıb. Çempionluq kubokunu da özü ilə aparan “Neftçi” həm də şəhid olan azarkeşləri - mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadə məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, bakılılar 8 illik həsrətə son qoymaqla 9-cu çempionluğunu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR