“Neftçi” Konfrans Liqasında debüt oyununda "Makkabi" ilə üz-üzə gələcək

“Neftçi” Konfrans Liqasında debüt oyununda "Makkabi" ilə üz-üzə gələcək
# 19 avqust 2021 03:13 (UTC +04:00)

Azərbaycan çempionu “Neftçi” bu gün avrokuboklarda növbəti matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasından Avropa Liqasına, oradan da Konfrans Liqasına yuvarlanan Bakı klubu üçüncü dərəcəli klub turnirində debüt edəcək.

Samir Abasovun yetirmələri bu turnirə pley-offdan başlayacaq. Paytaxt təmsilçisi Hayfa “Makkabi”si ilə ilk görüşünü keçirəcək.

İsrail çempionu ilə qarşılaşma Bakıdakı “Bakcell Arena”da təşkil olunacaq. “Ağ-qaralar” səfər matçı ərəfəsində sərfəli nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, cavab görüşü avqustun 26-da baş tutacaq.

Konfrans Liqası
Pley-off, ilk oyun
19 avqust
21:00. “Neftçi” – “Makkabi” (Hayfa, İsrail)
Baş hakim:
Delayod Uilli (Fransa)
Bakı. “Bakcell Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR