“Neftçi” – “Makkabi” oyunu Azərbaycan futbol tarixinə düşüb

“Neftçi” – “Makkabi” oyunu Azərbaycan futbol tarixinə düşüb
# 20 avqust 2021 09:28 (UTC +04:00)

Konfrans Liqasının pley-off mərhələsinin “Neftçi” – “Makkabi” (Hayfa, İsrail) oyunu Azərbaycan futbol tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”dakı görüş klublarımızın avrokuboklardakı ən məhsuldar heç-heçəsidir.

Bunadək təmsilçilərimizin görüşlərində heç vaxt 3:3 hesablı sülh qeydə alınmayıb. Azərbaycan komandaları 14 dəfə 4 qolun vurulduğu matçda heç-heçə oynayıb. Lakin bu dəfə daha çox – 6 qollu sülh qeydə alınıb.

Qeyd edək ki, səfər qolu qaydası ləğv edildiyindən Bakıdakı 3:3 hesabı “Makkabi”yə üstünlük vermir və qrup mərhələsinə cavab oyununda qalib gələn komanda yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR