“Neftçi” Mirabdulla Abbasovla müqaviləni artırıb

“Neftçi” Mirabdulla Abbasovla müqaviləni artırıb
# 08 iyun 2021 15:34 (UTC +04:00)

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu yetirməsi Mirabdulla Abbasovla anlaşmanı yeniləyib.

Yeni müqaviləyə əsasən 26 yaşlı hücumçu daha 2 il ağ-qara formanı geyinəcək. Onun anlaşması 2023-cü il mayın 31-dək nəzərdə tutulub.

Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb. O, 20 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR