“Neftçi” Namik Ələskərovun “Bursaspor”a keçməsi ilə bağlı hüquqi proseslərə başlayıb

“Neftçi” Namik Ələskərovun “Bursaspor”a keçməsi ilə bağlı hüquqi proseslərə başlayıb
# 14 avqust 2021 18:18 (UTC +04:00)

“Neftçi” Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun Türkiyə təmsilçisi “Bursaspor”a keçməsi ilə bağlı şikayət edəcək.

Apasport.az saytının Bakı klubunun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt təmsilçisi futbolçunun “ağ-qaralar”la müqaviləyə birtərəfli şəkildə xitam verməsini əsassız hesab edir.

Bu üzdən də “Neftçi” futbolçusu və onunla müqavilə imzalayan Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanmasını lazım bilib. Bu məqsədlə vəkillərə müvafiq tapşırıq verilib.

Qeyd edək ki, Namik bu gün Türkiyənin aşağı liqa təmsilçisi “Bursaspor”la rəsmi müqaviləyə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR