“Neftçi” “Olimpiakos”a məğlub olub

“Neftçi” “Olimpiakos”a məğlub olub
# 22 iyul 2021 00:55 (UTC +04:00)

Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Paytaxt təmsilçisi Yunanıstanın ən adlı-sanlı klubu “Olimpiakos”la görüşüb. Rəqibdən çəkinməyərək bərabər mübarizə aparmağa çalışan Samir Abasovun yetirmələri ilk yarının ortalarında qapısında qol görüb.

Məhəmməd Kamara 28-ci dəqiqədə “Olimpiakos”u hesabda irəli çıxarıb. O, cəmi 15 dəqiqə sonra antiqəhrəmana çevrilib. Aşkar kobudluğa Namik Ələskərovu zədələyib, özü isə meydandan qovulub.

Say üstünlüyündən yararlanan “Neftçi” təşəbbüsə yiyələnib daha çox hücumlar qurub. Lakin 63-cü dəqiqədə Mert Çelik bakılıların üstünlüyünü heçə endirib. Rəqibə qarşı kobudluq etməsi milliləşən legionerin meydandan kənarlaşdırılması ilə nəticələnib. Bundan sonra da hücumlarını davam etdirən “Neftçi” məğlubiyyətdən qaça bilməyib – 0:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
23:00. “Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan) - 1:0
Qol: 
Məhəmməd Kamara, 29
Qırmızı vərəqələr: Məhəmməd Kamara, 43 - Mert Çelik, 63
Baş hakim: Joao Pineyro (Portuqaliya)
“Olimpiakos”: 88. Konstantinos Tsolakis, 14. Tanasis Andrutsos, 3. Ruben Semedu, 25. Svetozar Markoviç, 45. Oleq Ryabçuk, 5. Andreas Buxalakis, 4. Məhəmməd Kamara, 18. Pyer Kunde, 97. Lazar Ranceloviç, 9. Ahmed Hasan Koka, 19. Giorqos Masuras
Ehtiyat oyunçular: 1. Tomaş Vaslik, 31. Eqmundur Kristinsson, 12. Usseynu Ba, 44. İlias Karagiris, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 22. Agibu Kamara, 27. Kenni Lala, 28. Matye Valbuena, 66. Pape Abu Sisse, 90. Vasilis Sourlis
Baş məşqçi: Pedro Martins

"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Huqo Basto, 14. Roman Bask, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Pirey. Georgios Karaiskakis stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR