“Neftçi” Ömər Buludovla müqavilənin müddətini uzadıb

“Neftçi” Ömər Buludovla müqavilənin müddətini uzadıb
# 25 may 2021 12:02 (UTC +04:00)

“Neftçi”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Ömər Buludovla müqavilənin müddəti uzadılıb.

Paytaxt təmsilçisinin yetirməsi olan sağ cinah müdafiəçisi ilə yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 22 yaşlı futbolçu 2017/18 mövsümündən “ağ-qaralar”ın heyətində 74 oyunda meydana çıxıb, 3 qola imza atıb.

Qeyd edək ki, Premyer Liqanı çempion kimi başa vuran “Neftçi” hələlik Rener Alves, Keysuke Honda və Ahmed Ahmedovla yollarını ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR