“Neftçi” – “Qarabağ” matçının cəzaları açıqlanıb

“Neftçi” – “Qarabağ” matçının cəzaları açıqlanıb
# 24 may 2021 13:18 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının son matçında baş verənlərin günahkarları cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, XXVIII turun “Neftçi” – “Qarabağ” qarşılaşmasında (1:0) yaşananları müzakirə edən AFFA-nın İntizam Komitəsi hadisələrə hüquqi qiymət verib.

Görüşün meydan sahibi “Neftçi” 2400 manat cəzalanıb. Paytaxt klubu üç müxtəlif qayda pozuntusuna görə cərimə ödəyəcək.

Matç zamanı hesab tablosu işlək vəziyyətdə olmadığı üçün klub 800 manat cərimələnib. Qarşılaşmadan sonra mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığı üçün daha 800 manat cərimə olunub. Bakılılar dəhlizə “A buraxılışı” olmayan şəxslər daxil olduğu üçün də 800 manat ziyana düşüb.

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı ağdamlılar 200 manat cərimələnib. Müdafiəçi 1 oyun cəzalanıb.

Ağdam təmsilçisinin mühafizəçiləri Əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olduqlarına görə klub 800 manat cərimə ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR