“Neftçi” və “Qarabağ”ın avrokubok oyunlarının hakimləri açıqlanıb

“Neftçi” və “Qarabağ”ın avrokubok oyunlarının hakimləri açıqlanıb
# 13 avqust 2021 13:18 (UTC +04:00)

“Qarabağ” və “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, hər iki təmsilçimizin ev matçının ədalət təmsilçiləri bəlli olub.

Avqustun 19-da öncə meydana çıxacaq “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionunda “Aberdin”lə görüşünü Sloveniyadan olan hakimlər idarə edəcək. Baş hakim Rade Obrenoviç, köməkçiləri Yure Praprotnik və Aleksandar Kasapoviç, dördüncü hakim Asmir Saqrkoviç olacaq.

Bundan bir saat sonra isə Hayfa “Makkabi”si “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq. Matçı fransalı Delayod Uilli idarə edəcək. Onun köməkçiləri Mehdi Rahmouni və Edvin Kristof Finyean olacaq. Tomas Leonard dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, cavab oyunları avqustun 26-da olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR