"Neftçi"nin Çempionlar Liqasında qazancı 1 milyon 850 min manata çatıb

"Neftçi"nin Çempionlar Liqasında qazancı 1 milyon 850 min manata çatıb
# 15 iyul 2021 12:25 (UTC +04:00)

“Neftçi”nin Çempionlar Liqasının cari mövsümündəki qazancı 1 milyon 850 min manata (920 min avro) çatıb.

Apasport.az saytının məlumatına görə, bu, II təsnifat mərhələsinə vəsiqə sayəsində mümkün olub.

Bakılılar Azərbaycan çempionu kimi yarışa qatıldığı üçün 523 min (260), I təsnifat mərhələsində iştirak üçün 563 min manat (280 min) qazanmışdı. Tbilisi “Dinamo”sunu adlaması isə II təsnifat mərhələsinə vəsiqə ilə yanaşı, daha 764 min manat (380 min) qazanc gətirib.

Bununla da qazancı 2 milyona yaxınlaşan “Neftçi” daha çox mükafat əldə etmək imkanına malikdir. “Ağ-qaralar” “Olimpiakos” səddini adlasa daha 966 min manat (480 min) irəli düşəcək. Çünki III təsnifat mərhələsində iştirakın dəyəri 480 min avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR