“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində mümkün rəqibi bəlli olub

“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində mümkün rəqibi bəlli olub
# 16 iyun 2021 14:10 (UTC +04:00)

Çempionlar Liqasının Çempionlar yolunda II təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutub.

Azərbaycanı ən nüfuzlu klub turnirində təmsil edən “Neftçi”nin mümkün rəqibi də bəlli olub. I raundda Gürcüstan təmsilçisi “Dinamo” (Tbilisi) ilə qarşılaşacaq “ağ-qaralar” bu mərhələni adlayacağı təqdirdə, səpələnməmişlər sırasında yer alacaq.

Bakı təmsilçisi bu mərhələdən mübarizəyə qoşulacaq “Olimpiakos”la (Yunanıstan) görüşəcək. İlk oyunlar 20-21 iyul, cavab qarşılaşmaları 27-28 iyul tarixlərində keçiriləcək. “Dinamo” - “Neftçi” cütünün qalibi bu raunda səfərdə başlayacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin matçları iyulun 6-7-də və 13-14-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR