“Neftçi”nin Konfrans Liqasında potensial rəqibi dəqiqləşib

“Neftçi”nin Konfrans Liqasında potensial rəqibi dəqiqləşib
# 16 iyun 2021 15:38 (UTC +04:00)

Azərbaycan çempionu “Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Çempionlar Liqasının I raundunda Gürcüstan çempionu “Dinamo” (Tbilisi) ilə qarşılaşacaq “ağ-qaralar” məğlub olacağı təqdirdə, Konfrans Liqasının Çempionlar yolunda mübarizəni davam etdirəcək. Belə olarsa, Samir Abasovun yetirmələri bu turnirdə “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütünün məğlubu ilə qarşılaşacaq. “Neftçi” ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 22-də və 29-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR