"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi dəqiqləşib

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi dəqiqləşib
# 02 avqust 2021 16:07 (UTC +04:00)

Azərbaycan çempionu “Neftçi”nin Konfrans Liqasındakı mümkün rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırsa, daha aşağı statuslu turnirdə mübarizə aparacaq.

Finlandiya HİK-i ilə görüşəcək paytaxt təmsilçisi üçüncü dərəcəli qitə turnirindəki potensial rəqibi bugünkü püşkatmada dəqiqləşib. “Neftçi” – HİK cütündə uduzan komanda Konfrans Liqasının III təsnifat mərhələsində “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) oyunlarının qalibi ilə görüşəcək. Azərbaycan və ya Finlandiya çempionu pley-offun ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin görüşləri avqustun 19-da və 26-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR