“Neftçi”nin tarixi rekordu təkrarlanıb

“Neftçi”nin tarixi rekordu təkrarlanıb
# 08 iyul 2021 11:13 (UTC +04:00)

Emin Mahmudov “Neftçi”nin tarixinin rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Bakı klubunun heyətində avrokuboklarda ən çox qol vuran futbolçu adına şərik çıxıb.

Emin buna Gürcüstanın paytaxt Tbilisidə yerli “Dinamo” ilə oyunda nail olub. Penaltidən vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandıran kapitan “ağ-qaralar”ın heyətində 5-ci dəfə fərqlənib.

İndiyədək yalnız bir futbolçu “Neftçi”nin avrokubok matçlarında bu qədər qol vurub. Bu rekord syerra-leoneli Julius Vobaya məxsusdur. Mahmudov bu rekorda şərik çıxıb. Mütləq rekord üçün Eminə bir qol lazımdır.

Qeyd edək ki, Mahmudov Çempionlar Liqasında 1, Avropa Liqasında 4 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR