Niderlandın 2 futbolçusu Türkiyə ilə oyunu buraxacaq

Niderlandın 2 futbolçusu Türkiyə ilə oyunu buraxacaq
# 06 sentyabr 2021 14:19 (UTC +04:00)

DÇ-2022-nin seçmə mərhələsində Türkiyə ilə qarşılaşacaq Niderland yığmasında itki baş verib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Lui van Qal vacib oyun öncəsi iki futbolçunun xidmətindən məhrum qalıb.

Bunlar müdafiəçi Natan Ake və hücumçu Koadi Qakpodur. Qakpo iki gün əvvəl Monteneqro (4:0) ilə görüşdə zədələndiyi üçün heyətdən çıxarılıbsa, Ake şəxsi səbəblərə görə, baş məşqçidən icazə alıb.

Qeyd edək ki, Niderland – Türkiyə matçı sabah Amsterdamda keçiriləcək. Hazırda Türkiyə 11 xalla G qrupuna liderlik edirsə, Niderland 10 xalla ikinci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR