Niderlandlı futbolçuya Türkiyə millisində oynamaq təklif olunub

Niderlandlı futbolçuya Türkiyə millisində oynamaq təklif olunub
# 08 dekabr 2021 11:20 (UTC +04:00)

“Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğlu Türkiyə millisinin formasını geyinə bilər.

Apasport.az saytının məlumatına görə, Niderlandda anadan olan və futbolun sirlərini həmin ölkədə öyrənən 22 yaşlı yarımmüdafiəçi Türkiyə Futbol Federasiyasından sonra klubundan da həvəsləndirici təklif alıb.

İstanbul təmsilçisi hücumameyilli oyunçuya “ay-ulduzlular”ı seçəcəyi təqdirdə 500 min avroluq maaşının ikiqat artırılacağına və yeni 5 illik müqavilə imzalanacağına vəd verib.

Qeyd edək ki, Niderlandın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş Ferdi Kadıoğlu “Neymegen”in yetirməsidir. O, 2018-ci ildə “Fənərbaxça”ya keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR