Ölkə kubokunda komanda sayı dəyişib

Ölkə kubokunda komanda sayı dəyişib
# 27 may 2021 01:33 (UTC +04:00)

İtaliya kubokunun 2021/22 mövsümünün formatı təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, turnirdə A və B seriyalarının hərəsindən 20, C seriyasından isə 4 komanda mübarizə aparacaq.

Öncədən C və D seriyalarının bu dəfəki yarışdan kənar qalması planlaşdırılsa da, sonda 4 klubun oynaması məqsədəuyğun sayılıb. 8 komanda təsnifat mərhələsində oynayacaq. 4 qalib və digər 36 iştirakçı əsas raundda yarışacaq.

6 mərhələdə keçiriləcək kubokda yalnız yarımfinal cütləri iki oyunda münasibətlərini ayırd edəcək. Digər mərhələlərdə bir matç oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR